Xəzər Xəbər

Çexiya da uzunömürlüləri ilə fəxr edir

Dünya | 16:39 • 2 Fevral 2018
Çexiya da uzunömürlüləri ilə fəxr edir

2017-ci ilin sonunda Çexiyada yaşı 100-dən yuxarı 492 nəfər, o cümlədən 430 qadın və 62 kişi qeydə alınıb. Ən ahıl 5 qadının yaşı 107, uzunömürlü 4 kişinin yaşı 104-dür.


AZƏRTAC ČTK informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Çexiya sosial təminat idarəsinin mətbuat katibi Yana Buraneva məlumat yayıb.


Son illər Çexiyada uzunömürlülərin sayı azalıb. "Bunun əsas səbəbi ondadır ki, hazırda 100 yaşa çatan sakinlər Birinci Dünya müharibəsi dövründə doğulan nəslin nümayəndələridir. Həmin dövrdə Çex torpaqlarında doğuşun səviyyəsi XX əsrin birinci onilliyinə nisbətən xeyli aşağı olub”, - deyə Y.Buraneva izah edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti