Xəzər Xəbər

955 şaxtaçı xilas edildi

Dünya | 16:08 • 2 Fevral 2018
955 şaxtaçı xilas edildi

Cənubi Afrika Respublikasında yerin altında qalan 955 şaxtaçının xilas olunması əməliyyatı başa çatıb.

Şaxtaçılar təxminən 2 gün 1000 metrə qədər dərinlikdə yerin altında qalıblar.

Qeyd olunub ki, güclü qasırğa səbəbindən enerji qüllələrindən birinin zədələnməsi nəticəsində qızıl mədəninin elektrik təchizatı kəsilib və şaxtaçıları mədəndən çıxaran liftlər dayanıb. Bu gün səhər saatlarında liftlərdən birinin fəaliyyəti bərpa olunub və şaxtaçılar sağ olaraq çıxarılıb./azvision.az

Xəbər lenti