Xəzər Xəbər

Növbəti miqrant faciəsi 90 nəfər dənizdə batıb

Dünya | 15:50 • 2 Fevral 2018
Növbəti miqrant faciəsi

Aralıq dənizində miqrantları daşıyan gəmi batıb.

Bunu Cenevrədə keçirilən brifinqdə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndəsi Oliviya Heyden bildirib. O, qeyd edib ki, insident bu gün səhər saatlarında Liviya sahillərində baş verib.

İlkin məlumata görə, gəmidə 90-a yaxın miqrant olub: "10 nəfərin cəsədi sahildə tapılıb, onlardan ikisi - Liviya, səkkizi isə Pakistan vətəndaşıdır. İki nəfər sağ qalıb. Onları dənizdə balıqçılar tapıb”./azvision.az

Xəbər lenti