Xəzər Xəbər

Liviyada 6 ildən çox əsirlikdə olan Ukrayna vətəndaşları azadlığa buraxılıb

Dünya | 15:16 • 2 Fevral 2018
Liviyada 6 ildən çox əsirlikdə olan Ukrayna vətəndaşları azadlığa buraxılıb

Liviyada 6 ildən çox əsirlikdə olan 4 Ukrayna vətəndaşı azadlığa buraxılıb.

Bu barədə Ukrayna Prezidenti Petro Poroşenko məlumat verib.

Poroşenko bu işdə xidmətlərinə görə Ukraynanın Xarici İşlər Nazirliyinə və hüquq mühafizə orqanlarına təşəkkürünü bildirib.

Azad olunan Ukrayna vətəndaşları Liviyada neft şirkətində çalışırdılar.

Xatırladaq ki, 2014-cü ildə daha 18 Ukrayna vətəndaşı Liviyada əsirlikdən azad olunub. (AZƏRTAC)

Xəbər lenti