Xəzər Xəbər

İranda jurnalisti təhqir edən şəhər meri işdən çıxarılıb

Dünya | 15:04 • 2 Fevral 2018
İranda jurnalisti təhqir edən şəhər meri işdən çıxarılıb

İranın İsfahan vilayətindəki Gülpayeqan şəhərinin meri Hüseyn Fərasət jurnalisti təhqir etdiyinə görə vəzifəsindən azad edilib.

Yerli mətbuat yazır ki, mer şəhərdə həyata keçirilən tikinti layihəsi ilə tanış olan zaman vəzifə borcunu yerinə yetirən jurnalisti təhqir edib. Merin jurnalistə dediyi "əgər çəkiliş aparsan səni döyüb bayıra atacağam” sözlərini media nümayəndəsi kameraya yazıb və ictimailəşdirib. Bundan sonra, İsfahan vilayətinin valisi Möhsün Mehrəlizadə meri tutduğu vəzifədən azad edib və jurnalistdən üzr istəyib. (AZƏRTAC)

Xəbər lenti