Xəzər Xəbər

BMT-nin xüsusi nümayəndəsi Myanmadakı hərbi əməliyyatları genosid adlandırıb

Dünya | 15:02 • 2 Fevral 2018
BMT-nin xüsusi nümayəndəsi Myanmadakı hərbi əməliyyatları genosid adlandırıb

BMT-nin insan haqları üzrə xüsusi nümayəndəsi Yanq Li Myanmada Rohinca müsəlmanlarına qarşı zorakılıqla bağlı narahatlığını bildirib.


AZƏRTAC xəbər verir ki, Banqladeşdə Rohinca müsəlmanlarını ziyarət edən xanım Yanq Li keçirdiyi mətbuat konfransında Myanmada aparılan hərbi əməliyyatların genosidə bənzədiyini və bunun insanlığa qarşı yönələn cinayət kimi qiymətləndirilməli olduğunu vurğulayıb. O əlavə edib ki, indiki şəraitdə qaçqın rohincalıların Banqladeşdən Myanmaya qayıtması çox təhlükəlidir. Çünki qaçqınların geri qayıtmasının könüllü, təhlükəsiz və sabit olacağına heç kim təminat verə bilməz və bu, onu çox narahat edir.


BMT-nin xüsusi nümayəndəsi, həmçinin qeyd edib ki, qaçqınlar gələcəkdə baş verə biləcək təqiblərə görə Myanmaya qayıtmaq istəmirlər.

Xəbər lenti