Xəzər Xəbər

Rusiyanı qəzəbləndirəcək MÜHARİBƏ SİQNALI: “Yenidən vurmağa hazırıq”

Dünya | 14:13 • 2 Fevral 2018
Rusiyanı qəzəbləndirəcək MÜHARİBƏ SİQNALI:

ABŞ prezidenti Donald Trampın administrasiyası kimyəvi silahlardan istifadənin qarşısını almaq üçün ehtiyac yaranacağı halda, hərbi əməliyyatlara hazırdır.

Bu haqda adının gizli saxlanılmasını istəyən amerikalı səlahiyyətlilərdən biri deyib.

"Beynəlxalq ictimaiyyət Bəşər Əsədin üzərində təzyiq yaratmaq üçün dərhal hərəkətə keçməzsə, Suriyanın kimyəvi silahları ölkədən kənara və hətta ABŞ-a yayıla bilər”, - o deyib.

Xatırladaq ki, 2016-cı ilin aprelində İdlib əyalətinin Xan Şeyxun şəhərində kimyəvi hücumun həyata keçirilməsindən sonra ABŞ Suriya ordusuna məxsus Şayrat hərbi bazasını "Tomahawk” raketləri ilə vurmuşdu. Hücum Rusiyanın sərt etirazı ilə qarşılaşmışdı.

ABŞ-ın iddiasına görə, Suriya lideri Bəşər Əsədə yaxın güclər zaman-zaman kimyəvi silahdan istifadə etməyə davam edirlər./publika.az

Xəbər lenti