Xəzər Xəbər

ABŞ Rusiyanın qarşısına ŞƏRT QOYDU: "Bunları etməsə..."

Dünya | 14:10 • 2 Fevral 2018
ABŞ Rusiyanın qarşısına ŞƏRT QOYDU:

"İndiki beynəlxalq siyasət kursundan imtina etməyəcəyi halda, Rusiya ABŞ-ın dostu olmayacaq”.

"Röyters” agentliyi xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Qərbi Virciniyada respublikaçıların müşavirəsində deyib.

O, Rusiyanın 2016-cı ildə ABŞ-dakı prezident seçkilərinə müdaxiləsini "hiddətə gətirən hadisə” adlandırıb. Diplomat həmçinin Rusiya hakimiyyətini Ukraynanın ərazisini işğal etməkdə, Suriya hökumətinə dəstək verməkdə və İranın nüvə obyektlərinin daha yaxından yoxlanılmasına mane olmaqda ittiham edib.

Amerika diplomatı qeyd edib ki, ABŞ Rusiyanın siyasətinə cavab olaraq Suriya ərazisinə müvəffəqiyyətli zərbələr endirib, Ukraynaya silahı çatdırıb, Rusiyaya qarşı sanksiyaları genişləndirib və Rusiya diplomatlarını ölkədən göndərib.

"Bu, Rusiya özünü məsuliyyətli ölkə kimi aparmadığı müddətdə davam edəcək”, - Heyli əlavə edib.

Xəbər lenti