Xəzər Xəbər

“Bordo bereli”lər hərəkətə keçdi KÜÇƏ DÖYÜŞƏRİ BAŞLAYIR

Dünya | 14:04 • 2 Fevral 2018
“Bordo bereli”lər hərəkətə keçdi
Türkiyə "Zeytun budağı” əməliyyatının davam etdiyi Afrində küçə döyüşlərinə hazırlaşır.

Pilotsuz uçuş aparatları PKK/PYD terrorçularının şəhərin küçələrində yerləşdiyi mövqeləri çəkərək əməliyyat mərkəzinə göndərir.

Türkiyə mülki əhalinin zərər çəkməməsi üçün yaşayış bölgələrində keçirəcəyi əməliyyatı detalların qədər incələyir. Pilotsuz uçuş aparatları vasitəsilə aparılan vizual kəşfiyyatın da məqsədi əməliyyat zamanı mülki əhalinin zərər çəkməməsidir.

Əməliyyat mərkəzində aparatların əldə etdiyi görüntülərin 3D rəsmi hazırlanır. Küçə döyüşlərini həyata keçirəcək "Bordo bereli”lər və digər xüsusi təyinatlı qruplar görüntülər əsasında Afrinin küçələrini əzbərləyir.

"Hürriyət” qəzetinin məlumatında görə, görüntülər əsasında terrorçuların necə hərəkət edəcəkləri ehtimalları da müəyyənləşdirilir.

Əməliyyat zamanı mülki əhalinin şəhəri tərk etməsi üçün humanitar dəhliz də açılacaq./publika.az

Xəbər lenti