Xəzər Xəbər

ABŞ Rusiyanın kəşfiyyat şeflərini bağışladı SƏBƏB

Dünya | 14:00 • 2 Fevral 2018
ABŞ Rusiyanın kəşfiyyat şeflərini bağışladı

ABŞ Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Korobova qarşı sanksiyaları qismən ləğv edib.

Bu haqda ABŞ Dövlət Departamentinin mətbuat katibi Hezer Nauert bildirib.

Onun sözlərinə görə, bu qərar onların amerikalı həmkarları ilə görüşlərə gələ bilməsi üçün qəbul edilib.

"Mən sizə kontekst deyə bilərəm, əgər müəyyən şeylər Birləşmiş Ştatların milli təhlükəsizliyinin xeyrinədirsə, biz bunu dayandırmaq (ABŞ-a girişi məhdudlaşdıran sanksiyalar nəzərdə tutulur –red.) imkanına malikik”, - idarənin rəsmi nümayəndəsi qeyd edib.

Qeyd edək ki, bu həftə Aleksandr Bortnikov, Sergey Narışkin və İqor Korobov Vaşinqtona səfər edib. Onlar burada amerikalı həmkarları ilə bir sıra görüşlər keçiriblər.

Xatırladaq ki, yanvarın 29-da ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan "Kreml məruzəsi”ni dərc edib. Siyahıda 96 Rusiya biznesmenin və 114 siyasətçinin adı var./publika.az

Xəbər lenti