Xəzər Xəbər

Makronun Rusiyaya səfəri gözlənilir

Dünya | 13:47 • 2 Fevral 2018
Makronun Rusiyaya səfəri gözlənilir

Fransa prezidenti Emmanuel Makron Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək niyyətindədir.

O, forumdan əvvəl Moskvaya səfər edəcək.

Bu barədə Rusiyanın Fransadakı səfiri Silvie Berman Moskva vilayətinin qubernatoru Andrey Vorobyovla görüşündə bildirib.

"Bu il Fransa prezidenti may ayında Sankt-Peterburqda keçiriləcək iqtisadi forumda iştirak edəcək və bundan əvvəl Moskvaya ikitərəfli səfər edəcək", - Bermann deyib.

Oktyabr ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Makronu Rusiyaya səfərə dəvət etmişdi./AzNews.Az

Xəbər lenti

Çox oxunanlar