Xəzər Xəbər

Çində 5-ci siniflər üçün məsələ hər kəsi çaşdırdı FOTO

Dünya | 13:39 • 2 Fevral 2018
Çində 5-ci siniflər üçün məsələ hər kəsi çaşdırdı

Çinin Sıçuan əyalətində məktəblilər üçün verilən məsələ böyük müzakirələrə səbəb olub. Məsələnin şərti belədir:

Gəminin göyərtəsində 26 qoyun və 10 keçi varsa, kapitanın neçə yaşı var?

İndianTimes-ın verdiyi məlumata görə, məsələyə maraqlı cavablar verilib.

«Kapitanın azı 18 yaşı var, əks təqdirdə onun gəmini idarə etmə hüququ olmazdı», - deyə 5-ci sinif şagirdlərindən biri deyib.

Digəri hesab edib ki, kapitan özünü sevən biri olub və gəmidə onun yaşı qədər (36) heyvan olub.

İnternetdə bu məsələni görən böyüklər məsələyə qeyri-trivial yanaşıblar.

Məsələn Tvitter və Facebookun Çindəki analoqu Weibo istifadəçilərindən biri belə cavab verib: Heyvanların ümumi çəkisi orta hesabla 7,7 ton olub. Çində gəmidə 5 tondan artıq yuk daşımaq üçün 5 il müddətinə lisenziya almaq lazımdır, bu icazə isə 23 yaşdan verilir. Bu deməkdir ki, kapitanın minimum 28 yaşı var.

Çinin Təhsil Departamenti isə bildirib ki, tapşırıqda əsas məqsəd uşaqları şoblon düşüncədən xilas etmək olub, bu məsələyə dəqiq cavab isə yoxdur./faktxəbər

Xəbər lenti