Xəzər Xəbər

Avropa İttifaqı bu ölkələri öz sıralarına qəbul etməyi planlaşdırır

Dünya | 12:17 • 2 Fevral 2018
Avropa İttifaqı bu ölkələri öz sıralarına qəbul etməyi planlaşdırır

Avropa İttifaqı 2025-ci ilədək altı Balkan ölkəsinə üzvlük imkanı vermək niyyətindədir. Avropa Komissiyasının sənədində deyilir ki, bununla da Brüssel Aİ-ni yeniləməyə, miqrasiya üzərində nəzarəti gücləndirməyə ümid bəsləyir.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Aİ-nin daha da genişlənməsinə bəzi Avropa ölkələrinin müqavimət göstərməsinə baxmayaraq, Brüsseldə hesab edirlər ki, Balkan dövlətlərinin tezliklə Aİ-daxil olması planı onların Avropa cəmiyyətinə inteqrasiyası üçün son dərəcə vacibdir. Söhbət Albaniya, Serbiya, Monteneqro, Makedoniya, Bosniya və Herseqovina, habelə Kosovodan gedir.


"Financial Times” adının çəkilməsini istəməyən Avropa diplomatının bu sözlərini sitat gətirib: "Bu altı ölkə müəyyən dərəcədə yad deyildir, onlar indinin özündə insayderdirlər və bizə lazımdılar”. Diplomat vurğulayıb ki, Balkan ölkələrinin daxil olmasının zaman çərçivəsi təqribidir və dəyişdirilə bilər.

Xəbər lenti