Xəzər Xəbər

Los-Ancelesdə orta məktəbdə atışma olub

Dünya | 10:00 • 2 Fevral 2018
Los-Ancelesdə orta məktəbdə atışma olub

Fevralın 1-də Los-Anceles şəhərinin Salvador B.Kastro adına orta məktəbində iki yeniyetmə silahla vurulub. Rəsmilərin verdiyi məlumata görə, atəş açan 12 yaşlı qız hadisə ilə bağlı şübhəli qismində saxlanılıb. Yaralananlardan biri 15 yaşında gənc baş nahiyəsindən ciddi xəsarət alıb. Digər yeniyetmə, 15 yaşında qız biləkdən yüngül yaralanıb.

Polisin verdiyi açıqlamaya görə, cinayətin dəqiq səbəbləri hələ məlum deyil. (AZƏRTAC)

Xəbər lenti