Xəzər Xəbər

Honq-konqda İkinci Dünya müharibəsinə aid bomba tapılıb - FOTO

Dünya | 09:30 • 2 Fevral 2018
Honq-konqda İkinci Dünya müharibəsinə aid bomba tapılıb -

Çinin Honqkonq xüsusi inzibati rayonunun ərazisində İkinci Dünya müharibəsi zamanı atıldığı güman olunan partlamamış iri bomba tapılaraq zərərsizləşdirlib.


AZƏRTAC Çin Mərkəzi Televiziyasına (CCTV) istinadla xəbər verir ki, təxminən 400 kiloqram çəkisi olan bombanı inşaat sahəsində çalışan fəhlələr tapıblar. Dərhal polisə xəbər verilib. Bir sutka davam edən əməliyyat zamanı mütəxəssislər bomba üzərində dəlik açaraq, barıtı yandırmaqla onu zərərsizləşdiriblər. Yağışlı hava əməliyyatın gecikməsinə təsir göstərib. Əməliyyata görə ətraf ərazidən təxminən 4300 nəfər təxliyə edilib.


Qeyd edək ki, bu, həmin ərazidən tapılan və İkinci Dünya müharibəsində Honqkonqun yapon hərbçilərinin nəzarətində olduğu vaxt ABŞ hərbi təyyarələri tərəfindən atıldığı güman olunan ikinci bombadır.

Xəbər lenti