Xəzər Xəbər

Səudiyyə Ərəbistanında qadınlara restoranlarda işləməyə icazə veriləcək

Dünya | 09:25 • 2 Fevral 2018
Səudiyyə Ərəbistanında qadınlara restoranlarda işləməyə icazə veriləcək

Yaxın vaxtlarda Səudiyyə Ərəbistanında qadınlara restoranlarda işləməyə icazə veriləcək. Bu barədə "Khaleej Times” nəşri məlumat yayıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, birinci mərhələdə qadınlar sınaq müddətinə ölkənin 16 restoranında işə qəbul ediləcəklər. Həmçinin bu sahədə qadınların çalışması üçün strategiyanın hazırlanması məqsədilə restoranların rəhbərlikləri ilə xüsusi məşvərət şurasının yaradılması nəzərdə tutulur.


Qeyd etmək lazımdır, səudiyyəli qadınların cəmiyyətdə daha fəal iştirakı üçün şəraitin yaradılması, hökümətin qəbul etdiyi "Vision 2030” iqtisadi islahatlar proqramının tərkib hissəsidir.

Xəbər lenti