Xəzər Xəbər

Alimlərdən şok xəbərdarlıq: Yeri böyük təhlükə gözləyir

Dünya | 17:15 • 1 Fevral 2018
Alimlərdən şok xəbərdarlıq:

Yerin maqnit sahəsi tədricən zəifləyir. Üstəlik, planetiin maqnit qütbləri də yerlərini dəyişə bilər.

XəzərXəbər Undark-a istinadən bildiir ki, Yerin maqnit sahəsini, əsasən, dəmirdən ibarət nüvə, habelə dəmir və nikeldən ibarət ərimiş maqma yaradır.

Planetimizin maqnit sahəsi canlıları kosmik şüalardakı öldürücü radiasiyadan qoruyur. Əgər maqnit sahəsi olmasaydı, Yer çoxdan Marsa çevrilərdi. Marsda da bir zamanlar okeanlar və atmosfer vardı. Lakin Marsın maqnit sahəsi yerini dəyişdiyindən okeanlarla hava yoxa çıxıb.

Aparılan araşdırmalar göstərir ki, Yerin maşnit sahəsi hər 200 min ildən bəri istiqamətini dəyişir, çevrilir. Nəticədə Şimal və Cənub qütbləri yerlərini dəyişirlər.

ABŞ-ın Boulder şəhərindəki Kolorado Universitetinin atmosfer fizikası və kosmosun tədqiqatı laboratoriyasının (Laboratory for Atmospheric and Space Physics at the University of Colorado, Boulder)direktoru Daniel Beykerin rəhbərlik etdiyi qrupun araşdırmalarına görə, hazırda Yerin maqnit qütbləri yerlərini dəyişməyə hazırlaşır.

Avropa Kosmik Agentliyinin (ESA) Yerin maqnit sahəsinin intensivliyini ölçən 3 peykindən aldığı məlumatlar və hesablamalar da D.Beykerin sözlərini təsdiqləyir.

Yerin maqnit sahəsində gərginlik azalır, o zəifləyir. Özü də alimlərin dediklərinə görə, zəifləmə sürətlənib.

Yerin maqnit sahəsində dəyişikliklərin daha asta olması Marsın taleyinin Yerdə təkrarlanması olardı. Fəqət maqnit sahəsində gərginliyin azalması qütblərin yerdəyişməsi ilə sonuclana bilər.

Danimarka alimləri də deyirlər ki, iqlimin qlobal miqyasda istiləşməsi və ozon dəliklərinin böyüməsi maqnit sahəsində gərginliyin azalmasını, bulud örtüyünün tədricən zəifləməsini göstərir.

Yerin maqnit qütblərinin yerdəyişməsi isə bəşəriyyət üçün fəlakət ola bilər.

İngiltərədəki Liverpul Universitetinin professoru Riçard Holm və London Universitetinin professoru Kolin Forsitin dediklərinə görə, maqnit qütblərinin yerdəyişməsi planetdə yaşam olmayan məkanların yaranmasına səbəb olacaq, elektrik şəbəkələri və kommunikasiyalar sistemini dağıdacaq, iqlimi dəyişəcək. Yerdə axırıncı dəfə maqnit qütbləri yerlərini 780 min il əvvəl dəyişmişdi. Həmin hadisə canlı növlərinin əksəriyyətinin nəslinin kəsilməsi və buzlaşma dövrü ilə nəticələnmişdi.

Alimlər deyirlər ki, Yerin maqnit qütblərinin yerdəyişməsinin fəsadları belə olacaq:

1. Maqnit sahəsi stabiliyini itirəcək, insanlara və heyvanlara çox mənfi təsir edəcək

2. Kompaslar işləməyəcək

3. Planetimiz kosmosdan gələn radiasiya qarşısında müdafiəsini itirəcək və nəticədə insanlar kütləvi şəkildə onkoloji xəstəliklərə tutulacaqlar

4. Yüklü hissəciklərin azını elektroenerji mənbələrini sıradan çıxaracaq, ciddi fəsadlara və texnoloji fəlakətlərə səbəbolacaq

5. Kommunikasiya sistemləri dağılacaq

6. İqlim dəyişəcək, Yerin bəzi məkanlarını su basacaq

Bütün bunlarla yanaşı, fiziklərin dediklərinə görə, alimlər Yerin maqnit sahəsini vur-tut 170 ildir müşahidə edirlər. Maqnit sahəsi isə sürəkli dəyişir. Yerdə manit sahələri indiyədək dəfələrlə dəyişib, amma həyat məhv olmayıb, əksinəinkişaf edib./milli.az

Xəbər lenti