Xəzər Xəbər

Janet Yellen sabahdan postundan gedir

Dünya | 17:08 • 1 Fevral 2018
Janet Yellen sabahdan postundan gedir

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) ilk qadın rəhbəri olan Janet Yellen sabahdan öz postunu tərk edəcək.

AZƏRTAC xəbər verir ki, 2014-2017-ci illəri əhatə edən çox çətin keçid dövründə FED-ə rəhbərlik edən J.Yellen öz postunu bankın yeni başçısı Jerome Powella həvalə edəcək. J.Powell fevralın 3-dən etibarən FED-in rəhbəri kimi fəaliyyətə başlayacaq.

Analitiklərin fikrincə, J.Yellen ölkə iqtisadiyyatını tam məşğulluğa çatdıran "əla işi” sayəsində FED-in ən müvəffəqiyyətli rəhbərlərdən biri kimi tarixə düşəcək. J.Yellenin FED-ə rəhbərlik etdiyi 4 ildə xüsusilə məşğulluq sahəsində çox yaxşı iş gördüyünü düşünən ekspertlər FED-in ilk qadın başçısının müvəffəqiyyətli bir miras qoyduğuna dair həmfikirdirlər.

İqtisadi göstəricilərə görə, J.Yellen FED-in 104 illik tarixində ən müvəffəqiyyətli rəhbərlərdən biri kimi tarixə düşüb. FED-in siyasətdən müstəqil bir qurum kimi qəbul edildiyi ABŞ-da J.Yellenin ikinci dəfə rəhbərlik postuna iddialı olmaması da ölkə tarixində nadir rastlanan hadisələrdən biri olub.

Xəbər lenti

Çox oxunanlar