Xəzər Xəbər

Türkiyə Rusiyadan 52 dinc sakinin qətlinin təşkilatçısını istəyir

Dünya | 14:57 • 1 Fevral 2018
Türkiyə Rusiyadan 52 dinc sakinin qətlinin təşkilatçısını istəyir

Türkiyə 5 il əvvəl ölkənin Hatay əyalətində törədilən və 52 dinc sakinin öldüyü terror aktının əsas təşkilatçılarından olan terrorçunun təhvil verilməsini tələb edib.


"Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Soçidə Suriya ilə bağlı keçirilən toplantını dəyərləndirərkən bildirib.


Ankaranın Moskvadan ekstradisiyasını tələb etdiyi Türkiyə Xalq Qurtuluş Partiyası-Cəbhəsi (THKP-C) sədri Mihrac Ural yanvarın 29-30-da Soçidə "Milli Dialoq Konqresi”ndə iştirak edib.


"Rusiyanın bizə verdiyi siyahıda bu terrorçunun adı yox idi. Biz onun tutulub təhvil verilməsini tələb etdik. Görünür, Rusiya prezidenti Vladimir Putinə yanlış məlumat veriblər”, - nazir vurğulayıb.


M.Ural 2013-cü il mayın 11-də Türkiyənin Hatay əyalətinin Reyhanlı rayonunda partlayışın törədilməsində şübhəli şəxs olaraq axtarılır.

Xəbər lenti