Xəzər Xəbər

Rusiyada prezident seçkilərində terror planlaşdıran İŞİD üzvü öldürülüb

Dünya | 12:01 • 1 Fevral 2018
Rusiyada prezident seçkilərində terror planlaşdıran İŞİD üzvü öldürülüb

Rusiyanın Nijni Novqorod şəhərində terror törətməyə hazırlaşan İŞİD üzvü zərərsizləşdirilib.

Xezerxeber.az-ın "RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhülkəsizlik Xidmətindən məlumat verilib.

Bildirilir ki, zərərsizləşdirilən şəxs Rusiyada prezidentseçkiləri zamanı terror törətməyi planlaşdırırmış.

Saxlanılan zaman silahlı müqavimət göstərən terrorçu məhv edilib.

Onun üzərində bir neçə partlayıcı qurğu, odlu silah və döyüş sursatları aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti