Xəzər Xəbər

Türkiyə ordusu Kurni dağını və ətraf kəndləri də terrorçulardan azad etdi

Dünya | 17:55 • 31 Yanvar 2018
Türkiyə ordusu Kurni dağını və ətraf kəndləri də terrorçulardan azad etdi

Türkiyə ordusu bu gün Afrin bölgəsində strateji əhəmiyyətli Kurni dağı və ətraf kəndləri PKK/PYD terrorçularından tamamilə təmizləyib.


Yerli KİV-lər bildirir ki, Türkiyə ordusunun dəstək verdiyi Azad Suriya Ordusu ilə birlikdə həyata keçirilən əməliyyatda Kurni dağı terrorçulardan tamam azad edilib: "Dağın ətəyində yerləşən kəndlər və Afrinə gedən yollara da nəzarət bərpa olunub".


Əməliyyat zamanı Türk ordusunun şəhid vermədiyi bildirilir.


Məlumatda o da qeyd olunub ki, hazırda qırıcı təyyarələr və toplar Darmık dağını bombalayır: "Tanklar və ordu birlikləri isə hazır vəziyyətdə bombardmanın bitməsini və bu dağı da terrorçulardan təmizləmə əmrini gözləyirlər".

Xəbər lenti