Xəzər Xəbər

Prezident həyat yoldaşından boşanır?

Dünya | 17:36 • 31 Yanvar 2018
Prezident həyat yoldaşından boşanır?

ABŞ prezidenti Donald Trampın porno ulduzla münasibəti barədə iddialardan sonra "first lady" Melaniya Tramp ilk dəfə media qarşısına çıxıb.


Melaniya Tramp Donald Trampın Davos səyahətinə getməmişdi. Onun bu addımı iddiaların təsdiqi kimi qəbul edilirdi. Lakin xanım Tramp prezidentin "State of the Union" çıxışında iştirak edib. Lakin onun mərasimin keçirildiyi "Capitol Hill"ə Donald Trampla birlikdə gəlməməsi isə diqqətlərdən yayınmayıb. Bildirilir ki, sabiq prezidentlər Barak Obama və Corc Buş da "State of the Union" çıxışları zamanı həyat yoldaşları ilə fərqli nəqliyyat vasitələrində çıxış yerinə gəlməyə üstünlük veriblər.


Qeyd edək ki, Donald Trampın 2006-cı ildə porno ulduz Stefani Kliffordla münasibətdə olduğu iddia edilir. Bu dövrdə o, Melaniya Trampla artıq evli idi.

Xəbər lenti