Xəzər Xəbər

MKİ: KXDR ABŞ-a nüvə zərbəsi endirə bilər

Dünya | 16:58 • 31 Yanvar 2018
MKİ:
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Mayk Pompeo etiraf edib ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) tezliklə ABŞ-a nüvə zərbəsi endirə bilər.

Bu barədə MKİ rəbəri BCC-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, KXDR kontinental ballistik raket yaratmağa çox sürətlə yaxınlaşır: "Bu ölkə bir neçə aydan sonra ABŞ-a nüvə silahları ilə hücum edə bilər. Amerika kəşfiyyatı Kim Çen Indan gələn təhlükəni artıq aydın şəkildə başa düşür"./FaktXəbər

Xəbər lenti