Xəzər Xəbər

Almaniya ABŞ-ın qərarına qarşı: Rusiyanın layihəsinə icazə verildi

Dünya | 16:04 • 31 Yanvar 2018
Almaniya ABŞ-ın qərarına qarşı:

"Şimal axını-2” layihəsinin operatoru Almaniyanın ərazi sularında qaz kəmərinin tikintisi üçün icazə alıb.

Bu barədə "Nord Stream 2 AG” şirkətinin saytında məlumat yerləşdirilib.

Qeyd olunub ki, qaz kəmərinin Lyubmin ərazisində quru hissəsinin çəkilməsinə müsbət rəy verilib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson "Şimal axını 2” təbii qaz boru kəmərinə qarşı çıxıb. Bildirib ki, Rusiya və Almaniya arasında nəzərdə tutulan layihə Avropa üçün təhlükə yaradır./azvision.az

Xəbər lenti