Xəzər Xəbər

Alyaskada güclü zəlzələdən sonra dənizdə 10 metrlik dalğalar yaranıb

Dünya | 15:58 • 23 Yanvar 2018
Alyaskada güclü zəlzələdən sonra dənizdə 10 metrlik dalğalar yaranıb

Yanvarın 23-də Alyaska körfəzinin cənub sahillərində baş verən 8,2 bal gücündə zəlzələ dənizdə güclü dalğalanmaya səbəb olub. Bununla bağlı ABŞ-da mümkün sunami təhlükəsi elan edilib.

Xezerxeber.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, zəlzələnin baş verdiyi rayonda təxminən 10 metr hündürlüyündə dalğalar müşahidə olunub.

Bir qədər əvvəl ABŞ-ın Okeanoqrafiya Milli Mərkəzi Birləşmiş Ştatların və Kanadanın qərb sahillərinə təhlükə yaradacaq sunaminin yarana biləcəyi barədə məlumat yayıb. Zəlzələ ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Xəbər lenti