Xəzər Xəbər

Ermənistanın Müdafiə Nazirliyi çöküb - Nazir dilənir

Dünya | 17:46 • 22 Yanvar 2018
Ermənistanın Müdafiə Nazirliyi çöküb -

Ermənistanın yüksək vəzifəli şəxslərinin etikası üzrə komissiyaya ölkənin müdafiə naziri Vigen Sarkisyandan şikayət ərizəsi daxil olub.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, şikayətdə müdafiə nazirinin vətəndaşı "dilənçi” adlandırması qeyd olunub.

Bir müddət əvvəl V.Sarkisyan öz "Facebook” səhifəsində yaralanmış əsgərin müalicəsi üçün pul yığılması barədə müraciət etmişdi. İstifadəçilərdən biri nazirə "Minlərlə dram qurtarıb, yoxsa bu dilənməyin yeni növüdür?” deyə yazmışdı. V.Sarkisyan isə həmin şəxsə cavab olaraq "Dilənçi özünsən!” yazmışdı.

Qeyd edək ki, nazir daha sonra bu sözləri silsə də, sosial şəbəkə istifadəçilərinin etirazı ilə üzləşib.

Xəbər lenti