Xəzər Xəbər

Uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan oluna bilər - Rusiyada

Dünya | 17:41 • 22 Yanvar 2018
Uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan oluna bilər -

Rusiyada 14 yaşına çatmamış uşaqların sosial şəbəkələrdə qeydiyyatdan keçməsi qadağan oluna bilər.

14 yaşına çatmamış uşaqların qanuni nümayəndələrinin yazılı icazəsi olmadan onların sosial şəbəkələrdə qeydiyyatdan keçməsini qadağan etməyi nəzərdə tutan qanun layihəsi Dövlət Dumasına daxil olub.

Qanun layihəsinin müəllifi, Vahid Rusiya Partiyasından olan deputat Vitali Milonov mövcud qanuna dəyişikliyin vacib olduğunu bildirib: "Yeni qanun layihəsinə görə, sosial şəbəkələrdə qeydiyyat zamanı istifadəçi elektron formada şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Bu, onun soyadını, ata adını və yaşını müəyyən etməyə imkan verəcək. 14 yaşına çatmamış uşaqlar üçün isə xüsusi qayda olacaq. Valideynlər və ya qanuni nümayəndələr uşaqlarına qeydiyyatdan keçmək üçün yazılı icazə verməli olacaq. İdentifikasiya qaydasını sosial şəbəkənin sahibi müəyən edəcək. Əgər o, qeydiyyat tələbini pozsa, cərimə olunacaq". (APA)

Rubrikanın digər xəbərləri

Xəbər lenti