Xəzər Xəbər

Putin yenidən prezident seçilə bilərmi? Nəticələr yayımlandı

Dünya | 17:20 • 22 Yanvar 2018
Putin yenidən prezident seçilə bilərmi?

Rusiyada seçkiqabağı keçirilən kampaniyaların maraqlı nəticələri yayımlanıb.

Rusiyada mart ayının 18-də növbəti prezident seçkiləri keçiriləcək. Bununla əlaqədar olaraq namizədlərə imzatoplama kampaniyaları başladılıb. Kampaniyanın yanvarın 22-də başa çatacağı deyilib.

Bu gün isə Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putinin yenidən prezident seçilməsi üçün imzatoplama kampaniyasının nəticələri açıqlanıb. Onun bu vəzifəyə yenidən namizəd olması üçün 1 milyon 600 mindən çox imza atılıb.

Prezidentliyə namizədlərdən digəri olan tanınmış teleaparıcı Kseniya Sobçakın Seçki Qərargahı isə nə az, nə çox düz 101 min imza toplayıb.

Son nəticələr sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Xatırladaq ki, Rusiyada prezidentliyə namizədin qeydiyyata alınması üçün ən azı 100 min imza toplanmalıdır./publika.az

Xəbər lenti