Xəzər Xəbər

Filippində Mayon vulkanı həyəcanı təhlükə dördüncü dərəcəyə qaldırıldı

Dünya | 17:16 • 22 Yanvar 2018
Filippində Mayon vulkanı həyəcanı

Filippinin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) yanvarın 22-də Mayon vulkanının püskürmə təhlükəsini dördüncü dərəcəyə qaldırıb.

Vulkanda seysmik fəallığın və lava axınının artdığı müşahidə edilir.

Filippinin Albay əyalətinin qubernatoru Frensis Biçara özünün "Facebook” səhifəsində vulkanın fotolarını yayaraq, yerli sakinləri xüsusi maska bağlamağa və küçəyə çıxmamağa çağırıb. Qubernator, həmçinin əyalətin bütün ərazisində dərslərin dayandırıldığını və məktəblərin bağlandığını da bildirib.

Ötən həftə vulkanın günbəzinin dağıldığı qeydə alınıb. Yanvarın 18-də isə "Phivolcs”in əməkdaşları lavanın vulkanın kraterindən 3 kilometr kənara yayılması barədə məlumat yayıblar.

Xəbər lenti