Xəzər Xəbər

Nazarbayev Putini Trampla apardığı danışıqlar barədə məlumatlandırıb

Dünya | 15:14 • 22 Yanvar 2018
Nazarbayev Putini Trampla apardığı danışıqlar barədə məlumatlandırıb

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ABŞ-a səfərinin yekunları ilə bağlı Rusiya prezidenti Vladimir Putini məlumatlandırıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda Putinlə Nazarbayave arasında telefon danışığının olduğu bildirilib.

"Qazaxıstan prezidenti ABŞ-a rəsmi səfəri və Donald Trampla danışıqları ilə bağlı prezident Putini ətraflı məlumatlandırıb. Bundan başqa, telefon danışığı zamanı Rusiya-Qazaxıstan ikitərəfli münasibətlərinə dair aktual məsələlərə toxunulub", - deyə Kremlin məumatında qeyd olunub.

Xəbər lenti