Xəzər Xəbər

Türkiyə “Zeytun budağı” ilə nə əldə edəcək? SƏKKİZ HƏDƏF

Dünya | 14:19 • 22 Yanvar 2018
Türkiyə “Zeytun budağı” ilə nə əldə edəcək?

Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində YPG terrorçularına qarşı həyata keçirdiyi "Zeytun budağı” əməliyyatı 3-cü günündə davam edir.

ASO-nun yanvarın 20-də Azez-Gülbaba sərhəd xəttindən başladığı quru əməliyyatı dünən Türkiyə Silahlı quüvvələrinin 6 min 400 hərbçisinin qatılması ilə davam edib.

Əməliyyatın ilk 48 saatında 7,5 kilometr irəliləyən Türkiyə ordusu və ASO planlaşdırılandan daha sürətlə hərəkət edir. Plana görə, 4-cü gün üçün qarşıya qoyulan hədəflərə 2-ci gün çatmaq mümkün olub.

Bəs Afrin əməliyyatının hədəfi nədir?

Afrin əməliyyatı ilə Türkiyənin çatmaq istədiyi əsas hədəfləri təqdim edirik.

- ASO-nun daha 10 min kvadrat kilometr əraziyə nəzarətini təmin etmək.

- Şərq Aralıq dənizinə çatmağı hədəfləyən PKK-nın terror qurşağını tamamilə əngəlləmək. Türkiyə Afrin ilə Kobaninin birləşməsini "kürd dəhlizi” layihəsinin ən əhəmiyyətli hissəsi olaraq görür.

- Terror təşkilatının Aralıq dənizinə və buradan dünyaya açılmasının qarşısını almaq.

- Türkiyənin ərəb dünyası ilə coğrafi əlaqəsinin kəsilmə ehtimalını aradan qaldırmaq.

- Suriya ilə sərhəd bölgələrinin təhlükəsizliyini təmin etmək. Türkiyənin sərhəd bölgələrində təhlükəsizliyinin təmin edilməsi və "Fərat Qalxanı” bölgəsinin qorunmasında Afrin kritik əhəmiyyət daşıyır. Terror təşkilatlarının Afrində olması Kilis vilayətinin bütünlüklə, Hatayın isə böyük hissəsinin terror təşkilatlarının atəş məsafəsinə daxil olması deməkdir.

- PYD/PKK terrorçularının Amanos dağları üzərindən Türkiyəyə sızmasının qarşısını almaq.

- Tel Rifat bölgəsini nəzarətə almaq və mülki əhalinin evlərinə qayıtmasını təmin etmək.

- ABŞ-ın terror təşkilatlarını dəstəkləməsinə maneə törətmək./publika.az

Xəbər lenti