Xəzər Xəbər

Əfqanıstanda 92 silahlı öldürülüb

Dünya | 12:41 • 22 Yanvar 2018
Əfqanıstanda 92 silahlı öldürülüb

Əfqanıstanın hökumət qüvvələri apardıqları əməliyyatlar zamanı son sutka ərzində azı 92 silahlının öldürüldüyünü iddia edir.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyi əməliyyatların ölkənin şimalındakı Fəryab, Balh, Herat, Baqlan, Qunduz, qərbindəki Fərah, Nimroz, cənubunda Hilmənd, Zabul, Qəndəhar, şərqindəki Lağman, Lohar, Host və mərkəzi hissəsindəki Uruzqan əyalətlərində Hərbi Hava Qüvvələrinin dəstəyi ilə aparıldığını bildirib. Məlumatda, həmçinin əməliyyatlar zamanı dörd silahlının da əsir alındığı bildirilir.

Qeyd edək ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin xeyli hissəsi Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti