Xəzər Xəbər

Çin yuanı möhkəmlənməkdə davam edir

Dünya | 11:37 • 22 Yanvar 2018
Çin yuanı möhkəmlənməkdə davam edir

Çin milli valyutası olan yuanın ABŞ dollarına nisbətdə son bir ayda möhkəmlənməsi davam edir. Yanvarın 22-də yuanın məzənnəsi 57 baza bəndi möhkəmlənərək 2015-ci ilin dekabrın 8-də olan səviyyəyə (1 ABŞ dolları = 6,4112 yuan) çatıb.


AZƏRTAC xəbər verir ki, mütəxəssislər yuanın möhkəmlənməsinin dolların zəifləməsi, Çində iqtisadiyyatın inkişaf tempinin son 7 ildə ötən il ilk dəfə artması, ölkədən xaricə kapital axınının tənzimlənməsi, habelə yuanın beynəlxalq müstəvidə istifadəsinin çoxalması ilə bağlı olduğunu bildirirlər. Ötən il Çinin xarici valyuta ehtiyatları 129,4 milyard ABŞ dolları artaraq 3,1399 milyard dollara çatıb.


Çin mərkəzi bankının məsləhətçisi Şen Sunçen deyib ki, Çinin monetar siyasəti neytral saxlamağa davam edəcəyi təqdirdə cari ildə yuanın da məzənnəsi sabit qalacaq.

Xəbər lenti