Xəzər Xəbər

Çin balıqçı qayığı Cənubi Koreyanın sahil suları yaxınlığında aşıb

Dünya | 14:39 • 21 Yanvar 2018
Çin balıqçı qayığı Cənubi Koreyanın sahil suları yaxınlığında aşıb

Çinə məxsus balıqçı qayığı Cənubi Koreyanın qərb sahil suları yaxınlığında aşıb.


AZƏRTAC xəbər verir ki, Baenqyonq adası yaxınlığında aşmış qayığı Cənubi Koreya sahil mühafizə xidmətinin patrul qayığı şənbə günü gecə saat 12:00 radələrində aşkar edib. Dərhal axtarış-xilasetmə işlərinə başlanılıb. Aşmış qayıq adanın sahilinə təxliyə edildikdən sonra içəridə 3 heyət üzvünün cəsədi tapılıb. Qayıqdakılardan kiminsə xilas olması barədə heç bir iz yoxdur.


Hazırda qayığın aşdığı yerdə Cənubi Koreya sahil mühafizə xidmətinin 3 gəmisi, bir xilasetmə qayığı və 2 təyyarə axtarış işlərini davam etdirir. Çətin hava şəraiti axtarış işlərini çətinləşdirib.


Cənubi Koreya tərəfi qayıqda olanların sayının dəqiqləşdirilməsi üçün Çin tərəfinə müraciət edib.

Xəbər lenti

Çox oxunanlar