Xəzər Xəbər

İran ordusu hərbi təlimlər keçirəcək

Dünya | 12:50 • 21 Yanvar 2018
İran ordusu hərbi təlimlər keçirəcək

İran ordusu ölkənin cənub-şərqində yanvarın 22-də iki günlük kütləvi hərbi təlimlərə başlayacaq.

Trend-in məlumatına görə, İran ordusunun komandanının müavini Həbibolla Səyari bildirib ki, quru və hava qüvvələri, həmçinin hərbi dəniz donanması təlimlərə qatılacaq.

İran Ssilahlı Qüvvələri son bir neçə il ərzində hərbi taktikanın sınaqdan keçirilməsi və müdafiə qabiliyyətinin yüksəldilməsi məqsədi ilə bir neçə böyük hərbi təlimlər keçirib.

Xəbər lenti