Xəzər Xəbər

Türkiyə Suriya ilə sərhədə tanklar göndərib

Dünya | 11:52 • 21 Yanvar 2018
Türkiyə Suriya ilə sərhədə tanklar göndərib

Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddə yerləşən Hatay vilayətinə xüsusi təyinatlılar, haubitsalar və tanklar göndərib.

Türkiyənin müxtəlif əyalətlərindən olan xüsusi təyinatlı dəstələri Hataya vilayətinin Reyhanlı, Hassa və Qırıqxan rayonlarına göndərilib.

Qeyd edək ki, ötən gün Türkiyə Afrində "Zeytun budağı” əməliyyatına başlayıb.

Xəbər lenti