Xəzər Xəbər

Baş nazir işinə geri döndü

Dünya | 17:21 • 20 Yanvar 2018
Baş nazir işinə geri döndü

Misirin Baş naziri Şərif İsmayıl bu gün Nazirlər Kabinetinin rəhbəri olaraq işinin başına qayıdıb.

Bu barədə Əl-Masri əl-Yum məlumat verib.

Noyabrın sonlarında Misirin Baş naziri müalicə üçün Almaniyaya gedib. Baş nazir mədə-bağırsaq traktından əməliyyat olunmalı idi. Şərif İsmayılın Misirdə olmadığı müddətdə Mülki işlər naziri Mustafa Madbuli Nazirlər Kabinetinin rəhbəri vəzifəsini icra edib.

Bildirilib ki, ilk iş günündə o, iki-üç saat işləyəcək, amma evdə sənədlərlə tanış olacaq.

Rubrikanın digər xəbərləri

Xəbər lenti