Xəzər Xəbər

Ərdoğan az öncə açıqladı Afrin əməliyyatı başladı

Dünya | 17:17 • 20 Yanvar 2018
Ərdoğan az öncə açıqladı

"ABŞ-ın nə dediyi artıq bizi maraqlandırmır. Afrin əməliyyatı ərazidə faktiki olaraq başlayıb. Daha sonra Münbiç əməliyyatı gələcək”.

APA-nın xəbərinə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının Kütahya təşkilatının toplantısında çıxışında deyib.

R. T. Ərdoğan ABŞ-ın Suriya siyasətini yenidən tənqid edib: "Suriyada oyun quranlar terror təşkilatının adını dəyişdirərək hiyləgərlik etdiklərini düşünürlər. Bizim gözümüzdə adı nə olursa olsun, terrorçulardan ibarət hər cür təşkilatın adı terror təşkilatıdır. Yox, Suriya Demokratik Qüvvələri imiş, yox, sərhəd ordusu imiş, siz kim aldadırsınız? Bu təşkilatın adı PKK-dır, PYD-dir, YPG-dir. Bunu özləri də bildikləri halda, bizi və dünyanı aldatmaq üçün mayallaq aşırlar. Biri "ordu quracağıq” deyir, digəri "belə bir məqsədimiz yoxdur” deyir, başqası "sərhəd mühafizə qüvvələri quracağıq” deyir. Bunların bir-birindən xəbəri yoxdur. Üstəlik, "təşəbbüslərimiz Türkiyəni hədəf almır” deyirlər. Onların nə dedikləri bizi maraqlandırmır, ərazidə konkret nə baş verir, ona baxırıq”.

R. T. Ərdoğan ABŞ-ın öz səhvini anlayacağını söyləyib: "Narahat olmayın, terror təşkilatına güvənməyin nə qədər yanlış olduğunu görəcəklər. Bu bölgədə Türkiyədən başqa çalışa biləcəkləri başqa müttəfiq tapa bilməyəcəklərini öyrənəcəklər”.

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti