Xəzər Xəbər

Əfqanıstanda polisə hücum: 8 ölü, 2 yaralı var

Dünya | 17:27 • 18 Yanvar 2018
Əfqanıstanda polisə hücum: 8 ölü, 2 yaralı var

Əfqanıstanın cənubunda "Taliban” hərəkatının hücumu nəticəsində azı 8 polis əməkdaşı öldürülüb, 2 nəfər isə yaralanıb.


AZƏRTAC xəbər verir ki, Pajvak informasiya agentliyinin yaydığı məlumata görə, insident yanvarın 17-də axşam saatlarında Hilmənd əyalətində baş verib.


Yerli polis idarəsinin rəis müavini Qul Xan silahlıların əyalətin şərqində yerləşən Laşqarqah və Hereşk şəhərləri arasında nəzarət-buraxılış məntəqəsinə hücum etdiyini deyib. Onun sözlərinə görə toqquşma nəticəsində taliblər də itki verib. Lakin onların sayı bildirilmir.


Nəzarət-buraxılış məntəqəsinə hücumun məsuliyyətini "Taliban” hərəkatı üzərinə götürüb.

Xəbər lenti