Xəzər Xəbər

Ermənilər Rusiyada deputatı güllələyiblər

Dünya | 10:44 • 18 Yanvar 2018
Ermənilər Rusiyada deputatı güllələyiblər

Ermənilər Rusiyada deputatı güllələyiblər.

"Report” "Rusarminfo”ya istinadən xəbər verir ki, hadisəBaşqırdıstan Respublikasının Neftekamsk şəhərində baş verib.

Məlumata görə,erməni icmasının təmsilçiləri Şəhər Sovetinindeputatı İldus Şamsiyarovu döyərək güllələyiblər. Deputatmüxtəlif dərəcədəbədən xəsarətləri alıb vəxəstəxanaya yerləşdirilib. Həkimləronabaş-beyin silkələnməsi diaqnozu qoyublar. Deputat əlindən güllə yarası da alıb.

İ.Şamsiyarov yerli "MediaKorSet” saytına hadisənin necə baş verdiyini açıqlayıb:"Onlar bizim traktoru xarab etmişdilər. Məsələyə aydınlıq gətirmək üçün mexaniklə birlikdə onların ofisinə getdik. Elə içəri girən kimi mənim başıma tapançanı dirədilər, mexaniki dəavtomat silahın qundağı ilə vurdular. Məni əlimdən güllələdilər. Sonra bizi döyməyə başladılar. Yaxşı ki, pnevmatik tapança idi”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti