Xəzər Xəbər

Tbilisidə azərbaycanlıya məxsus restoranda insident olub, üç nəfər xəsarət alıb

Dünya | 10:23 • 18 Yanvar 2018
Tbilisidə azərbaycanlıya məxsus restoranda insident olub, üç nəfər xəsarət alıb

Tbilisidə "Qəhrəmanlar meydanı” ərazisində yerləşən azərbaycanlıya məxsus "Ağa” restoranında ötən gecə insident baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, mübahisə nəticəsində baş vermiş əlbəyaxa davada 3 nəfər xəsarət alıb. Onlardan biri xəstəxanaya yerləşdirilib.

İnsidentlə bağlı bir nəfər saxlanılıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi araşdırma aparır.

Qeyd edək ki, Azərbaycan və gürcü mətbəxli restoranın əsas müştərilərini Gürcüstana gələn xarici turistlər təşkil edir.

Xəbər lenti