Xəzər Xəbər

Rumıniya Prezidenti müvəqqəti Baş nazir təyin edib

Dünya | 17:40 • 16 Yanvar 2018
Rumıniya Prezidenti müvəqqəti Baş nazir təyin edib

Rumıniya Prezidenti Klaus Yohannis sabiq Baş nazir Mixay Tudosenin istefasından sonra onun yerinə müvəqqəti olaraq hazırkı müdafiə naziri Mixay Fiforu təyin edib.


AZƏRTAC xəbər verir ki, Rumıniya Konstitusiyasına görə, Prezident hökumətin hər hansı bir üzvünü müvəqqəti Baş nazir vəzifəsinə təyin edə bilər. Müvəqqəti Baş nazir səlahiyyətlərini Yeni hökumətin formalaşmasına kimi ən çox 45 gün icra etmək olar.


Qeyd edək ki, Rumıniyanın hakim Sosial-Demokrat Partiyasının icraiyyə komitəsi Baş nazirin siyasi dəstəkdən məhrum edilməsinin lehinə səs verib. Nəticədə Baş nazir Mixay Tudose istefa verdiyini bəyan edib.

Xəbər lenti