Xəzər Xəbər

8 tonluq PLOV bişirildi Dünyada İLK - FOTO

Dünya | 14:42 • 16 Yanvar 2018
8 tonluq PLOV bişirildi

Özbəkistanın Denau rayonunun Surxandərə bölgəsində 46 aşpaz 8 ton plov hazırlayaraq yeni rekord müəyyənləşdiriblər.

XəzərXəbər-in məlumat verir ki, plovun hazırlanması üçün nəzərdə tutulan 8,8 tonluq qazan Daşkənddən gətirilib. Meqa plovun hazırlanması Özbəkistan Müdafiə Günü bayramına həsr edilib.

Xatırladaq ki, ötən il 8 sentyabr tarixində Qines kitabının nümayəndələri Daşkənd ənənəvi Mədəniyyət Festivalında ən böyük plovu qeydə almışdılar. Yeməyin xalis çəkisi 7360 kiloqram təşkil etmişdi.

Xəbər lenti