Xəzər Xəbər

Serb partiyasının lideri Kosovoda öldürülüb

Dünya | 14:39 • 16 Yanvar 2018
Serb partiyasının lideri Kosovoda öldürülüb

"Azadlıq, demokratiya, həqiqət” vətəndaş təşəbbüsünün lideri Oliver İvanoviç bu gün Kosovoda sui-qəsd nəticəsində öldürülüb.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Blic qəzetinə siyasətçinin vəkili bildirib. "Deyəsən, o, yerindəcə ölüb. Hazırda onun beş güllə yarası aldığı bizə məlumdur. O, dərhal xəstəxanaya çatdırılıb, həkimlər onu xilas etməyə çalışıblar, lakin bu, faydasız olub”, - İvanoviçin vəkili Neboş Vlaiç belə deyib.

Polis sui-qəsd faktını təsdiqləyərək bildirib ki, siyasətçi xəstəxanadadır. Bütün asayiş keşikçiləri hücum edənlərin axtarışına yönəldilib.

KİV-də yayılan xəbərlərə görə, sui-qəsd siyasətçi öz partiyasının binasına girərkən baş verib. Polis yaxınlıqda yerləşən məhəllələrin giriş-çıxış yollarını bağlayıb.

Oliver İvanoviç Kosovo serblərinin liderlərindən biridir. Vaxtilə Serbiya hökumətində Kosovonun işləri üzrə nazirlikdə dövlət katibi işləyib. 1999-cu və 2000-ci illərdə həmin regionda mülki alban vətəndaşlarına qarşı törədilmiş hərbi cinayətlərdə ittiham olunaraq 9 il həbs cəzasına məhkum edilib.

Xəbər lenti