Xəzər Xəbər

Almaniyada məktəb avtobusu divara çırpılıb 47 nəfər xəsarət alıb

Dünya | 13:15 • 16 Yanvar 2018
Almaniyada məktəb avtobusu divara çırpılıb

Almaniyanın cənub-qərbində yerləşən Eberbax şəhərində məktəb avtobusunun iştirakı ilə baş verən yol qəzasında 47 nəfər xəsarət alıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, polisdən 37 nəfərin yüngül yaralandığı, 10 nəfərin isə ağır vəziyyətdə olduğu bildirilib. Yaralıların çoxu uşaqlardır.

Son məlumatlara görə, avtobus sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi bir neçə avtomobillə toqquşduqdan sonra evin divarına çırpılıb.

Xəbər lenti