Xəzər Xəbər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müavininin oğlu avtomobil qəzasında ölüb

Dünya | 12:57 • 16 Yanvar 2018
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müavininin oğlu avtomobil qəzasında ölüb

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın oğlu Robert Qalstyan avtomobil qəzasında ölüb.

Bu barədə "news.am” saytı xəbər yayıb.

Hadisə bu gün səhər saatlarında İrəvandakı prospektlərdən birində baş verib. "Kia Sorento” markalı minik avtomobili yoldan çıxaraq Qetar çayına düşüb. Hadisə nəticəsində sürücü ölüb. Bir nəfər sərnişin xəstəxanaya yerləşdirilib.


Xəbər lenti