Xəzər Xəbər

Nazir: Əlillik haqqında arayışların yarıdan çoxu saxtadır

Dünya | 12:35 • 16 Yanvar 2018
Nazir: Əlillik haqqında arayışların yarıdan çoxu saxtadır

Türkiyədə əlillik haqqında arayışı yalnız Səhiyyə Nazirliyinin müəyyən etdiyi xüsusi xəstəxanalar verəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin səhiyyə naziri Əhməd Dəmircan bildirib.

Ə.Dəmircan deyib ki, aparılan araşdırmalar son bir il ərzində əlilliklə bağlı verilən arayışların yarıdan çoxunun saxta olduğunu göstərib: "Bu məsələ ilə bağlı araşdırma aparılır və cinayət işi başlanıb”.

Nazir qeyd edib ki, bütün bunlarla yanaşı, xüsusi xəstəxanaların əməkdaşları bundan sonra özləri əlil vətəndaşların evinə gedəcək və orada müayinə aparacaqlar.

Məlumat üçün bildirək ki, statistikaya əsasən Türkiyədə 5 milyon əlilliyi olan şəxs var və bu, ölkə əhalisinin 6,6%-ni təşkil edir. Əlillərin 42,8%-i kişi, 57,2%-i isə qadındır.

Xəbər lenti