Xəzər Xəbər

2018-ci ildə turist axını 4-5 faiz yüksələcək - Dünya Turizm Təşkilatı

Dünya | 09:10 • 16 Yanvar 2018
2018-ci ildə turist axını 4-5 faiz yüksələcək -

Dünya Turizm Təşkilatının (DTT) "Dünya turizm barometri” nəşrinin yanvar nömrəsində dərc edilən məlumata görə, 2017-ci ildə beynəlxalq turizm 7 faiz çoxalıb.

Xezerxeber.az DTT-nin saytına istinadən xəbər verir ki, 2017-ci ilin nəticələri son yeddi ilin ən yüksək göstəricisidir. Ötən il bir çox istiqamətlər dayanıqlı inkişafı və əvvəlki illərdə zərər çəkmiş sahələrin bərpası ilə səciyyələnib. DTT-nin baş katibi Zurab Pololikaşvili bildirib ki, beynəlxalq səfərlər çoxalır və bu, turizm sektorunu iqtisadi inkişafın mühüm amili kimi möhkəmlədir. Turizm üçüncü ixrac sektoru kimi iş yerlərinin yaradılmasına və bütövlükdə cəmiyyətin inkişafına xüsusi diqqət verir. Turizmin inkişaf etməsi ilə yanaşı, bu yüksəlişin cəmiyyətin hər bir üzvünə fayda gətirməsinə və bütövlükdə dayanıqlı inkişafa uyğun gəlməsinə nail olmaq lazımdır.

DTT cari tendensiyalara, iqtisadi perspektivlərə və DTT ekspertlərinin təhlilinə əsasən 2018-ci ildə dünyada turist axınının 4-5 faiz yüksələcəyini proqnozlaşdırır.

Xəbər lenti