Xəzər Xəbər

Roma Papası nüvə müharibəsindən qorxduğunu etiraf edib

Dünya | 18:08 • 15 Yanvar 2018
Roma Papası nüvə müharibəsindən qorxduğunu etiraf edib

Roma Papası Fransisk özünün nüvə müharibəsi qorxusundan danışıb və dünyanı nüvə tərksilahına çağırıb.

Xezerxeber.az bildirir ki, bu barədə İtaliyanın "La Repubblica” qəzeti məlumat yayıb. "Mən həqiqətən qorxuram. Biz artıq son həddəyik. Müharibənin başlaması üçün təsadüfi hadisə də kifayətdir. Bundan sonra hadisələr sürətlə cərəyan edə bilər. Silahları məhv etmək və bütün səyləri nüvə tərksilahına yönəltmək lazımdır”, - deyə Roma Papası bildirib.

Fransisk bundan öncə, Çiliyə gedərkən təyyarənin göyərtəsində jurnalistlərə 1945-ci ildə Yaponiyanın Naqasaki şəhərində çəkilən fotoşəkli bağışlayıb. Pontifik bu fotoşəkildə nüvə zərbəsindən sonra ölən qardaşını krematoriyə aparan oğlan uşağının təsvir olunduğunu izah edib. Papa bu fotonu görən zaman çox sarsıldığını və onu "Müharibənin meyvəsi” adlandırdığını deyib.

Pontifik yanvarın 18-dək Çilidə, yanvarın 21-nə qədər isə Peruda səfərdə olacaq.

Xəbər lenti