Xəzər Xəbər

Türkiyədə əməliyyat - Bir tondan çox narkotik aşkarlandı

Dünya | 17:33 • 15 Yanvar 2018
Türkiyədə əməliyyat -

Türkiyənin şərqindəki Diyarbəkir vilayətində keçirilən xüsusi əməliyyat nəticəsində bir tondan çox narkotik vasitə müsadirə olunub.

Trend-in məlumatına görə, bu barədə vilayət polisinin bəyanatında deyilir.

Əməliyyat çərçivəsində saxlananların da olduğu barədə məlumat verilib.

Qeyd edək ki, 2017-ci il ərzində Türkiyədə 20 min ton narkotik müsadirə olunmuşdu. Ötən il ölkədə 1020 nəfər narkotikdən ölüb.

Xəbər lenti